AMEA-nın Əlyazmalar İnstitutuna yeni direktor təyin edilib

12 Fevral 2014 17:00 (UTC+04:00)

AMEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun icra səlahiyyətləri dayandırılıb. AMEA-dan SİA-ya verilən xəbərə görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.

Rəyasət Heyətinin digər bir qərarı ilə institutun direktoru və Elmi şurasının sədri vəzifəsini AMEA-nın müxbir üzvü Teymur Kərimli icra edəcək.

Qeyd edək ki, direktor səlahiyyətinə P. Kərimovun öz xahişi əsasında xitam verilib.