XXII Soçi Qış Olimpiya Oyunlarında konkidə 500 metr məsafəyə yürüş yarışlarında hər üç medalı hollandiyalı atletlər qazanıblar. Siasport.az saytının məlumatına görə, iki yürüşün nəticəsinə görə, bu məsafəni 69.31 saniyəyə qət edən Mixel Myulder Olimpiya çempionu adını qazanıb. Onun əkiz qardaşı Ronald Myulder isə bürünc medala sahib olub.
Digər hollandiyalı Yan Smeekens gümüş medala yiyələnib.