İnsan həyatında hansı hadisələrin baş verəcəyini əvvəlcədən söyləyə bilən superkompyuter yaradılıb

8 Fevral 2014 07:37 (UTC+04:00)

"IBM" şirkətinin mühəndisləri "Watson" superkompüterinə psixoanalizin əsaslarını öyrədərək onu yeni sahədə tətbiq etməyə başlayıblar.

"Twitter" və "Facebook" şəbəkələrindəki yazıları təhlil edən kompyuter insanın şəxsiyyət tipini müəyyənləşdirə və hətta onun həyatında hansı hadisələrin baş verəcəyini əvvəlcədən söyləyə bilir.

Bu halda kompyuterin sosial şəbəkələrdəki akkauntun ünvanını bilməyə ehtiyac qalmır. Kompyuter istifadəçinin müəyyən şirkətə təqdim etdiyi məlumatlara əsaslanaraq onu müstəqil şəkildə aşkar edir. "IBM Watson"un gələcəyi "görmək" qabiliyyətindən marketoloqlar yararlana bilərlər. Məsələn, insan öz statusunu "evli"yə dəyişsə, bir ildən sonra sistem ona uşaq üçün məhsul və xidmətləri reklam etməyə başlayacaq.

"IBM" mütəxəssisləri sistemin hazırlanmasına dörd ildən çox vaxt sərf ediblər. Superkompyuter saniyədə təxminən 80 trilyon əməliyyatı (teraflops) yerinə yetirməyə qadirdir.