Əvəz Temirxan: “Belə bir qərar verməmişik”

6 Fevral 2014 14:04 (UTC+04:00)

"Azərbaycan Liberal Partiyası tərəfindən Milli Şuraya qayıtmaq qərarı verilməyib”. Bu barədə SİA-ya açıqlamasında ALP sədri Əvəz Temirxan rəhbərlik etdiyi partiyanın Milli Şuraya qayıtması ehtimalı barədə müxalifət mətbuatının yazdığı ifadələrə münasibətini açıqlayarkən bildirdi.

Əvəz Temirxan onu da qey etdi ki, rəhbərlik etdiyi siyasi təşkilat bu məsələ ətrafında heç bir müzakirə aparmayb: “Belə qərar verməmişik və ALP-də bu istiqamətdə heç bir müzakirə aparılmayıb”.

Xatırladaq ki, Milli Şuraya və AXCP-yə yaxınlığı ilə seçilən mətbuat orqanları ALP-nin Milli Şuraya geri qayıtması ehtimalı barədə iddialar səsləndirirlər.

Ülkər MUSAZADƏ