Ötən il 240 milyon manatlıq İT avadanlığı istehsal edilib

5 Fevral 2014 18:16 (UTC+04:00)

Azərbaycanda 2013-cü il ərzində istehsal edilmiş kompüter, elektron və optik məhsulların ümumi həcmi 237,3 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə kompüter istehsalı 27,6%, elektrik avadanlıqlarının istehsalı isə 14,6% azalıb. Ötən ilin 7 ayı ərzində 173 transformator, 6,7 min məişət soyuducusu və 24,4 min televizor istehsal edilib.