Gəncədə yataqxanalarda məskunlaşan məcburi köçkünlərin şəhər kənarında salınan yeni şəhərciyə köçürülməsinə başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yeni mənzillərin sahibləri püşkatma yolu ilə müəyyən edilib. Şəhərcikdə ümumilikdə 25 beşmərtəbəli bina yerləşir. Onlardan 150-si bir otaqlı, 150-si dörd otaqlı, 650-si iki otaqlı, 550-si isə üç otaqlı mənzillərdir.
Qeyd edək ki, vətəndaşların yeni mənzillərə köçürülməsini təmin etmək məqsədi ilə xüsusi avtomobillər də ayrılıb.
.jpg)

İlham Məmmədov, Gəncə