Yaponiya alimləri bildiriblər ki, onlar kosmik şüalar vasitəsilə radiasiya sızmalarının mənbəyinin tapılmasına nail olublar. Tədqiqatlar sunaminin xəsarət yetirdiyi Fukusima atom elektrik stansiyasında (AES) aparılıb.
Tədqiqatlarda iştirak edən Fumixiko Takasaki deyib: "Apardığımız tədqiqatlar yüksək radiasiyalı lokal sahələrin aşkarlanmasının yeni yüksəkeffektli üsulunu müəyyənləşdirdiyimizi deməyə imkan verir. Beləliklə, dünyanın istənilən guşəsində radiasiya sahələrini müəyyən etmək mümkündür.
Yaponiya alimləri əmindirlər ki, bu texnologiya Fukusima AES-də nəticələrin aradan qaldırılmasına kömək edəcək.
Fukusima AES-də fəlakətin nəticələrinin ləğvi üzərində işləyən mütəxəssislər bir sıra çətinliklərlə qarşılaşıblar. Xüsusilə, onlar ərimiş yanacağın zədələnmiş reaktorların daxilində məhz harada olduğunu bilmirlər.