Kənd Təsərrüfatı Nazirliyində “qaynar xətt” yaradılıb

27 Yanvar 2014 12:32 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyində "1652" nömrəli "Qaynar xətt" yaradılması ilə bağlı əmr imzalanıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, buna səbəb kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan prezidentinin 16 yanvar 2014-cü il tarixli 221 saylı sərəncamının 1.7-ci bəndinin icrası ilə bağlıdır.

Əmrdə vətəndaşlardan daxil olan zənglərin operativliyini təmin etmək məqsədilə nazirliyin müvafiq qurumlarına tapşırıq və tövsiyələr verilib.

Vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinin "1652" nömrəli "Qaynar xətt"inə zəng etməklə öz arzu və istəkləri, qarşılaşdıqları problemlərlə bağlı nazirliyin müvafiq qurumlarına müraciət edə bilərlər.