Planşetlərin dünya tədarük həcmi artıb

26 Yanvar 2014 12:30 (UTC+04:00)

"Digitimes Research" şirkəti analitiklərinin qənaətinə görə 2013-cü ilin oktyabr-dekabrında dünyada ümumilikdə 78,45 milyon planşet kompüter tədarük edilib. SİA-nın xəbərinə görə, rəqəmləri ötən rüb və bir il əvvəlin göstəriciləri ilə müqayisə edən mütəxəssislər planşetlərin tədarükünün müvafiq olaraq 25 və 29,8 faiz artdığını müəyyənləşdiriblər.

Tədqiqatda qeyd olunur ki, ötən rübdə "iPad" planşet modelinin bazar payı 29,7 faizə bərabər olub. Digər aparıcı şirkətlər bazara ümumi planşetlər həcminin 36,6 faizini çıxarıb. Qalan 33,8 faizi "white-box" modeli üzrə fəaliyyət göstərən şirkətlər təmin edib. Əməliyyat sistemləri haqqında söz açan ekspertlər bildiriblər ki, "Android","iOS" və "Windows" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən planşet modellərinin payı müvafiq olaraq 51,2, 44,9 və 3,9 faiz təşkil edib.

Form-faktorlarda liderlik tədarük edilən planşetlərin ümumi sayında payı 31 faizə bərabər olan 7 düymlü qurğulara məxsusdur. Populyarlığına görə ikinci yeri 9 düymlü modellər (25,4 faiz), üçüncü yeri 7,9 düym diaqonallı (19,7 faiz) qurğular tutub. O da qeyd olunur ki, dördüncü rübdə istehsal olunan planşetlərin 15,8 və 7,6 faizi 10 və 8 düymlü displeyə malik olub.

Planşet istehsalçıları arasında lider 29,7 faizlik payla "Apple" şirkət olaraq qalır. İkinci yeri "SamsungElectronics" (17,4 faiz), daha sonrakı yerləri "Amazon" (5,4 faiz), "Lenovo" (4,2 faiz), "AsustekComputer" (2,8 faiz), "Google" (1,4 faiz), "Acer" (1 faiz), "Dell" (0,8 faiz) və "Hewlett-Packard" (0,5 faiz) şirkətləri tutub.

Tədqiqatda həmçinin müqavilə əsasında (ODM şirkətlər) planşet istehsalı ilə məşğul olan nəhəng şirkətlərin reytinqi yer alıb. Burada birincilik "Apple"ın "iPad" istehsalı üzrə əsas tərəfdaşı olan Tayvanın "FoxconnElectronics" (52,7 faiz) şirkətinə məxsusdur. Siyahıya "Pegatron" (24,4faiz), "Compal Electronics" (12faiz), "Quanta Computer" (6,6faiz) və"Wistron" (4,2faiz) şirkətləri daxildir. "Digitimes Research"in hesablamasına görə, ötənrübdə "ODM" istehsalçılar 32,8 milyon planşet buraxıb.