“Sony” şirkəti “Xperia Z Ultra” planşetini təqdim edib

24 Yanvar 2014 03:18 (UTC+04:00)

"Sony" şirkəti "Xperia Z Ultra" planşetini təqdim edib. Qurğu yalnız "Wi-Fi" modulu ilə təchiz edilib. Aparat yanvarın 24-də 500 dollar məbləğində satışa çıxarılacaq.

"Sony Xperia Z Ultra" planşeti 6,44 düymlük Full HD təsvir ölçülü ekran, 2.2 qiqabayt-saniyə takt tezlikli "Snapdragon 800" dördnüvəli çipi, 2 qiqabayt əməli yaddaş və 32 QB daxili yaddaş (həmçinin yaddaş kartları üçün slot var), 8 meqapiksellik kamera, "GPS", "Bluetooth 4.0", "NFC" modulu ilə təchiz edilib. Qurğunun korpusu toz və su keçirmir (IP58 standartı). "Xperia Z Ultra" planşetinin çəkisi 212 qr, qalınlığı 6,5 millimetrdir.

Dəyişilməyən batareyanın tutumu 3050 milliamper/saat təşkil edir.