Samir Məsimov rəsmən "Neftçi"də

23 Yanvar 2014 15:28 (UTC+04:00)

Mövsümün ikinci yarısına hazırlığı Türkiyənin Antalya şəhərində davam etdirən "Neftçi" PFK heyətinə yeni futbolçu cəlb edib. Siasport.az saytının məlumatına görə, komanda Rusiyanın "Lokomotiv" klubunun yetirməsi olan Samir Məsimovla 3,5+1,5 şərti ilə 5 illik müqavilə bağlayıb.

2010/2011-ci illər mövsümünü Moskva "Spartak"ının heyətində keçirmiş hücumçu 19 yaşadək Azərbaycan yığma komandasının da üzvüdür. 18 yaşlı futbolçu U-19-un heyətində 3 oyun keçirib.