Səhiyyə Nazirliyində müşavirə keçirilib

15 Yanvar 2014 16:57 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası üzrə Səhiyyə Nazirliyində müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müşavirəyə rəhbərlik edən səhiyyə nazirinin müavini Elsevər Ağayev korrupsiyaya qarşı mübarizə və açıq hökumətin təşviqinə dair məsələlərlə bağlı hər il Səhiyyə Nazirliyində müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, görülmüş işlərlə əlaqədar müvafiq plan hazırlanaraq dövlətə hesabat verilir.

Qeyd edilib ki, hazırda "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası üzrə Səhiyyə Nazirliyinin 2014-cü il üçün iş planı hazırlanır.

Müşavirə iştirakçılarına müvafiq tapşırıq və tövsiyələr verilmiş, plandan irəli gələn bir sıra məsələlər müzakirə olunub.