Roma papası Franciscusun İordaniya və İsrailə planlaşdırdığı səfərinin tarixləri məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, papanın adıçəkilən dövlətlərə səfəri mayın 24-ü və 26-na nəzərdə tutulub. Katoliklərin ruhani lideri Papa Franciscus bazar ayini əsnasında Qüdsə də gedəcək.
Qeyd edək ki, bu səfər Papa Franciscusun "müqəddəs torpaqlar"a reallaşdırdığı ilk ziyarət olacaq.