Xəzərdə zəlzələ oldu

3 Yanvar 2014 11:00 (UTC+04:00)

Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, zəlzələ yanvarın 2-də saat 20:22-də Qaladan 90 km şimal-şərqdə-Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 4.20 olan, 60 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.