Dekabrın 29-da "Gorqud Plaza" hotelində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı gecə keçirib. SİA-nın verdiyi məlumata görə, dövlət himni səslədirilikdən sonra, gecəni giriş sözü ilə açan TUMİB sədri Çingiz Bayramov bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" fikiri biz qardaş Türkiyədə təhsil almış məzunlarımız üçün qürur mənbəyidir. Məhz bu fikirin daşıyıcıları kimi deyə bilərəm ki, tədbirimizin adı heç təsadüfü qoyulmayıb və Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eyni zamanda qarşıdan gələn Yeni il ərəfəsində qardaş Türkiyə Universitetlərinin məzunlarının iştirakı ilə bu tədbiri təşkil ediblər.
TUMİB sədri bildirib ki, "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı layihə çərçivəsində dörd istiqamət üzrə - rəsm, şei, mahnıi və gənc jurnalistlər arasında yazı müsabiqəsi təşkil olunub. Onlarla yeniyetmə və gəncin müsabiqəyə qatıldığını deyən İB sədri qeyd edib ki, hər sahə üzə üç qalib müəyyənləşsə də, müsabiqəyə qatılan bütün iştirakçılara həvəsləndirici mükafatlar verilməsi qərara alınıb.
Çingiz Bayramov qeyd edib ki, bu pilot layihədir və gələn il bu layihənin bütün bölgələrdə keçirilməsi nəzərdə tutulur: "İndiyə qədər Binəqədi, Sumqayıt, Gəncə, Mingəçevir və Tovuz rayonlarında "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı konfranslar keçirilib. Bu konfranslarla yanaşı müxtəlif istiqamətli müsabiqələr də təşkil olunub və qaliblər mükafatlandırılıb".
İştirakçılar adından Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edən Çingiz Bayramov xaricdə təhsil alan bütün tələbə və məzunların, o cümlədən Türkiyə məzunlarının İlham Əlityevə dəstək verdiyini bəyan edib. O, TUMİB-in növbəti tədbirini Qarabağda keçirəcəyinə əminliyini ifadə edərək, İlham Əliyevin rəhbərliyilə xalqımızın buna nail olacağını deyib. Çingiz Bayramov Böyük Türk Millətini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni il münasibətilə təbrik edib.
Azərbaycan Respublikası Prezidenti Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev Prezident Administrasıyasının adından çıxış edərk bütün Türkiyə məzunlarının qarşıdan gələn bayramlarını təbrik etdi və xaricdə təhsil almış məzunlara Azərbaycan dövlətinin daim diqqət və qayğısından danışıb. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Durmuş Gökmən isə Türkiyədə təhsil almş məzunları iki ölkə arasında qardaşlıq körpüsü adlandırıb. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Müşahidə Şurasının üzvü Nürəddin Mehdiyev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxış edərək, müsabiqənin əhəmiyyətindən söz açıblar. Onlar TUMİB-in təşkil etdiyi müsabiqənin pilot layihə olduğunu deyərək, qarşıdakı ildə Azərbaycanın bütün bölgələrində bu cür konfrans və müsabiqələrin təşkil olunacağına inamını ifadə ediblər.
Sonda müsabiqədə fərqlənən gənclərə diplom və hədiyyələr təqdim olunub.