İsa Qəmbər: “Əksəriyyət Milli Şurada fəaliyyətimizi davam etdirməyin əhəmiyyətsiz olduğunu vurğuladı”

30 Dekabr 2013 08:34 (UTC+04:00)
Müsavat Partiyasının Məclisində təşkilatın Milli Şuradan çıxması ilə bağlı verilən ehtimalları özünü doğruldub. SİA-nın məlumatına görə, artıq partiya başqanı İsa Qəmbər başda olmaqla, təşkilatın digər aparıcı funksionerləri də yekun qərar verməyə hazırlaşırlar.

Bununla bağlı, Müsavat başqanı bildirib ki, Məclis üzvlərinin Milli Şuradan çıxaraq partiyanın ayrıca xəttlə siyasətini davam etdirməsi təklifi onu təəccübləndirib: "Doğrudan da mən təəccübləndim. Gözləyirdim ki, bəzi dostlarımız Milli Şura ilə bağlı mövqeyimizi tənqid edəcəklər. Amma tam tərsinə, əksəriyyət bu birlikdə fəaliyyətimizi davam etdirməyin artıq əhəmiyyətsiz olduğunu vurğuladı. Lakin Müsavat Partiyası indiyədək bütün qərarları birlikdə, bütün üzvlərin fikirlərini öyrəndikdən sonra verib. Mən də Milli Şura ilə bağlı yekun qərar verməmişəm. Eyni zamanda partiyamızın da hər hansı qərarı yoxdur. Bütün məsələlər müzakirə olunacaq və dəyərləndirildikdən sonra müvafiq qərar qəbul ediləcək".

Rövşən NURƏDDİNOĞLU