Roma Papası Frensis daha populyardır

30 Dekabr 2013 06:59 (UTC+04:00)

Parisdə nəşr olunan gündəlik "Le Parisien" qəzeti Roma papası Frensis barədə fransızların fikrini öyrənmək məqsədilə rəy sorğusu keçirib. Rəyi soruşanların 86 faizi Roma Papası Frensisin özündən əvvəlki həmkarları ilə müqayisədə daha çox populyar olduğunu bildirib.

Qəzet yazır ki, Papa Frensısın dua mərasimlərində iştirak edənlərin sayı dörd dəfə artıb.

Sorğu yaşı 18-dən yuxarı olan 995 fransız arasında keçirilib.