Ziya Məmmədov avtomobil yolu və dəmiryolu vağzalının açılışında iştirak edib FOTO

29 Dekabr 2013 16:29 (UTC+04:00)

Bu gün Yevlax-Gəncə avtomobil yolunun Gəncə dairəvi hissəsinin açılışı olub. SİA-nın bölə müxbirinin xəbərinə görə, tədbirdə nəqliyyat naziri Ziya Məmmədov da iştirak edib. Ümumi uzunluğu 38 km olan yol 4 hərəkət zolağından ibarətdir. Yol Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 344 km-dən başlayır və 382-ci km-də başa çatır. Yeni yolun açılışı ilə artıq Yevlax istiqamətindən gələn nəqliyyat vasitələri Gəncə şəhərinə daxil olmadan birbaşa, maneəsiz Gəncə-Qazax avtomagistralına çıxa biləcəklər.

Gəncənin Dəmir Yolu vağzalının inzibati binası da əsaslı təmirdən sonra istifadəyə verilib. Binanın təmirinə bu ilin əvvəllərindən başlanılıb. İnzibati binanın dam örtüyü və fasad hissəsi müasir formada yenidən qurulub. Binanın mərkəzi kondisioner və istilik sistemi ilə təchiz olunub. Sərnişinlərin rahatlığını təmin etmək məqsəd ilə stansiyada VİP zalı, ana və uşaq otağı da yaradılıb.

İlham Məmmədov