ARDNŞ-nin strukturu təkmilləşdirilir

29 Dekabr 2013 15:55 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müvafiq əmrləri ilə 01.01.2014-cü il tarixdən ARDNŞ-nin "Kompleks qazma işləri" trestinin, Neft kəmərləri İdarəsinin və Geofizika və geologiya İdarəsinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatların yenidən təşkil olunması qərara alınıb.

SİA-nın məlumatına görə, struktur dəyişikliklərinin aparılmasının məqsədi ikipilləli idarəetmə sistemindən birpilləli idarəetmə sisteminə keçməkdən ibarətdir. Dəyişikliklərə əsasən həmin müəssisələrin strukturu idarəetmə aparatlarından və istehsalat bölmələrindən ibarət olacaqdır ki, bunun da nəticəsində idarəetmənin çevikliyi və operativliyi artacaq.