Niyaməddin Orduxanlı: “Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinə hər zaman diqqət və qayğı ilə yanaşıb”

29 Dekabr 2013 11:32 (UTC+04:00)

"Prezident İlham Əliyev hər zaman Qarabağ müharibəsi əlillərinə diqqətlə, qayğı ilə yanaşıb". Bunu SİA-ya BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı söyləyib.

O, həmçinin qeyd edib ki, Qarabağ əlili Zaur Həsənovun vəfatını öz məqsədləri naminə istifadə etməyə çalışan bəziləri çirkin niyyətlərinə çatmayacaq: "Qarabağ əlili Zaur Həsənovun vəfatı hər birimizi dərindən kədərləndirdi. Lakin şahidi oluruq ki, bəziləri bundan öz çirkin məqsədləri naminə istifadə etmək istəyirlər. Heç bir nəticə əldə etməzlər".

Cahid Süleymanov