AXCP Rəsulzadəyə BÖHTAN ATDI

29 Dekabr 2013 09:13 (UTC+04:00)
AXCP sədrinin mətbuat katibi, "Azadlıq" qəzetinin köşə yazarı Natiq Ədilov (Güləhmədoğlu) facebook səhifəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadəyə qarşı böhtan dolu fikirlər səsləndirib. SİA-nın verdiyi xəbərə görə, Əli Kərimlinin sözcüsü AXC qurucusunu vaxtilə başqa ölkələrin maraqlarını təmin etməkdə suçlayıb: "Rəsulzadə Azərbaycanda olmayıb və yaşadığı hər ölkədə müəyyən öhdəliyi olub".

Ancaq AXCP təmsilçisinin cavabı gecikməyib. Müsavata yaxınlığı ilə seçilən Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli öz növbəsində yazıb ki, M.Ə.Rəsulzadəyə çamur atanların zatı bəlli deyil: "AXCP sözçüsü Rəsulzadəyə çamur atıb, onların zatı zatən bəlli".

Vaqif Hacıbəyli Müsavat Partiyasının susqunluğuna da təəccüb etdiyini bildirib və partiyanı AXCP ilə müttəfiqlik danışıqları aparmaqda suçlayıb: "Problem odur ki, bu adamlarla rəsmi müttəfiq olmaq təklif edilir. Günlərin birində yenə Novxanıda Əli Kərimlinin Rəsulzadə barəsində pafoslu nitqini dinləyəcək, hələ üstəlik ona əl də çalacaqsınız. Bəlkə yalançı müttəfiqlikdənsə öz içimizdəki bu rəzalətli durumdan necə xilas olmaq barədə düşünək?".

Rövşən NURƏDDİNOĞLU