Qarşıdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gəlir. Bir neçə gündən sonra artıq 2013-cü ili yola salırıq. Hər kəs müxtəlif üsullarla, maraqlı formalarda xalqımızı təbrik etməyə çalışırlar. Onlar arasında "Sənə inanıram" serialının baş qəhrəmanları "Həmid" və "Əminə" də var. Belə ki, aktyor Ruslan Sabirli və model Tamilla Həmidova Yeni İl və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqımızı orijinal formada təbrik ediblər. İdeya müəllifi və rejissoru Ruslan Sabirli öz açıqlamasında bildirib ki, belə video çəkmək fikri qəfil yaranıb: "Çarxın ssenarisini bir gecəyə hazırladım və 2 saata çəkildi. Layihəni reallaşdırmaq üçün "Sənə inanıram" serialının texniki heyəti mənə kömək edib. Çəkilişdə əməyi olan kollektivə və texniki bazasından istifadə üçün şərait yaratmasına görə prodakşn rəhbərliyinə öz minnətdarlığımı bildirirəm."
Təbriki əks etdirən video çarxı sizlərə təqdim edirik: