Böyük Britaniya Avropanın ən böyük iqtisadiyyatına malik olacaq

28 Dekabr 2013 08:37 (UTC+04:00)

İqtisadi və Biznes Araşdırmaları Mərkəzinin (CEBR) məlumatında 2030-cu ildə Birləşmiş Krallığın Avropada ən böyük iqtisadiyyata malik olacağı bildirilib.

Məlumatda iqtisadi inkişaf əhalinin artamaqda davam etməsi və digər Avropa ölkələrinə nisbətən daha az vergi tətbiq edilməsi ilə əlaqələndirilir.

CEBR-dən, həmçinin bildiriblər ki, Birləşmiş Krallığın hazırda Avropada iqtisadi cəhətdən lider ölkə olan Almaniyanı da ötməsi gözlənilir.

Lider ölkələrdən Fransanın isə yüksək vergilərə görə iqtisadiyyatının zəifləyəcəyi proqnozlaşdırılıb.