Müsavat: "Mirmahmud ağa kimi aldadır?"

27 Dekabr 2013 22:22 (UTC+04:00)

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Rüstəm İbrahimbəyovun istefasına münasibət bildirməsi Müsavat Partiyası tərəfindən qəzəblə qarşılanıb. SİA-nın məlumatına görə, KXCP sədri bildirib ki, İbrahimbəyov Milli Şuranın fəxri sədri statusundan imtina etməsini yalnız mətbuata açıqlayıb: "Rüstəm İbrahimbəyov Milli Şuranın sədri statusundan istefasını hələ ki, mətbuatda açıqlayıb. O, istefa ərizəsilə Milli Şuraya müraciət etməyib. Məsələ Milli Şurada müzakirə edilməyib. Ona görə də, indidən nəsə demək mümkün deyil".

Lakin Mirəlioğlunun bu kimi açıqlaması Müsavat Partiyası rəsmilərini qıcıqlandırıb. Partiya başqanının müavini Mustafa Hacıbəyli bildirib ki, KXCP sədri belə bir açıqlaması ilə özünü aldadır: "Mirmahmud ağa kimi aldadır? Rüstəm İbrahimbəyov rəsmən bəyanat verib və məsələ həll olunub. Daha bəyanatın mətbuatda, yaxud da Milli Şurada verilməsinin heç bir fərqi yoxdur".

Rövşən NURƏDDİNOĞLU