“Prezidentlərin görüşü proseslərin irəliləməsinə imkan yarada bilər” AÇIQLAMA

27 Dekabr 2013 13:38 (UTC+04:00)

"ATƏT-in Minsk qrupunun fəaliyyəti qaneedici deyil, lakin onsuzda keçinmək mümkün deyil. Çünki problemin çözülməsi üçün yeganə diplomatik kanal, müstəvi ATƏT və onun yaratdığı Minsk qrupudur". Bu sözləri SİA-ya politoloq Qabil Hüseynli həmsədrlərin fəaliyyəti ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, həmsədrlərin məqsədi atəşkəs rejiminin qorunması və daha da möhkəmləndirilməsidir: "Sülh yaratmaq məsələsində danışıqların canlandırılması istiqamətində hələ ki, ortada bir şey yoxdur. Çünki, həmsədrlərin Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində deyiləcək sözü yoxdur".

Politoloq həmçinin bildirib ki, baxmayaraq ki ATƏT-in Minsk qrupu uzun müddətdir ki fəaliyyət göstərir, lakin heç bir işin öhdəsindən gələ bilmir".

Açıqlaması zamanı 2014-cü ilin yanvar ayında keçirilən Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüşə toxunan Q. Hüseynli bildirib ki, görüş sülh prosesinin yeni istqamətdə uzadılmasına, proseslərin daha real zəmində irəliləməsinə imkan yarada bilər.