Gözəl Bayramlı: “Rüstəm İbrahimbəyov istefasının səbəbini açıq şəkildə yazıb”

27 Dekabr 2013 13:36 (UTC+04:00)

"Biz AXCP olaraq arzulamazdıq ki, Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən istefa versin. R.İbrahimbəyov istefasının səbəbini açıq şəkildə yazıb". Bu fikirləri SİA-ya açıqlamasında AXCP sədrinin müavini Gözəl Bayramlı deyib.

R.İbrahimbəyovun fəxri sədrlikdən istefa verməsində əsas günahkarın Müsavat Partiyası olduğu barədə dediklərinə münasibət bildirən G.Bayramlı qeyd edib ki, onun söylədiklərinə hörmətlə yanaşıram: "R.İbrahimbəyov istefasının səbəbinin nə olduğunu açıq şəkildə ifadə etdi. Bunu cəmiyyət də bilir. Amma o Milli Şuranın üzvü kimi qalır. O başqasına bəhanə vermədən bunu etdi".