AGF-nin 2014-cü ildə ilk yarışı Müşfiq İsayevin xatirə turniri olacaq

27 Dekabr 2013 14:18 (UTC+04:00)

Yeni ildə Azərbaycan Güləş Federasiyasının ilk böyük yarışı Müşfiq İsayevin xatirəsinə həsr edilmiş turnir olacaq. Siasport.az saytı xəbər verir ki, yeniyetmə sərbəst güləşçilər arasında keçiriləcək yarış 2014-cü il yanvarın 18-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində start götürəcək.