Berti Foqts Ronaldo aşiqi çıxdı..

27 Dekabr 2013 13:19 (UTC+04:00)

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "Qızıl top" mükafatının səsverməsində Kriştiano Ronaldonu birinci namizədi kimi qeyd etməsinin səbəbini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, alman mətbuatında çıxış edən B.Foqts, portuqaliyalı futbolçunun tərifini göylərə qaldırıb: "O, Portuqaliya millisinin və "Real"ın lideridir. Yekun nəticəni müəyyənləşdirmək gücündə olan futbolçudur. Mən Fergüssona Ronaldo ilə bağlı müsbət fikirlərimi də söyləmişdim. Onun o vaxtlar da çox güclü zərbələri vardı." Almaniyalı futbol mütəxəssisi, dünyanın ən yaxşı məşqçisi adına namizədlər siyahısında isə "Bavariya"nın sabiq çalışdırıcısı Yupp Haynkesi göstərib: "O, ötən mövsüm "Bavariya"ya bütün mükafatları qazandırdı. Buna görə də Haynkes ən yaxşı məşqçi adını qazanmağa layiqdir".