Konstitusiya Məhkəməsi sədrinin maaşı qaldırıldı

27 Dekabr 2013 12:34 (UTC+04:00)

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi (KM) sədrinin, sədrin müavininin və KM hakimlərinin maaşları qaldırılır. SİA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik edilib. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən, KM sədrinin maaşı 1785 manatdan 2120 manata qaldırılacaq. Bununla KM sədrinin müavinin və KM hakimlərinin maaşları da qaldıırılmış olacaq.

Belə ki, "Konstitusiya Məhkəməsi haqqında" qanuna əsasən, Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə bərabərdir; Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir.

Qeyd edək ki, dəyişiklik 1 dekabr 2013-cü ildən tətbiq edilib.