Qəzaya düşən müğənni danışdı

26 Dekabr 2013 15:13 (UTC+04:00)

Müğənni Aslan Hüseynovun başına iş gəlib. Sənətçi avtomobil qəzası keçirib. Bu haqda SİA-ya danışan Aslan vəziyyətinin pis olduğunu deyib: "Avtomobili dostum idarə edirdi. Qəfildən yola maşın çıxdı və qəza baş verdi. Sağ qolum, ayağım əzilib. Üzüm tanınmaz hala düşüb. Hazırda özümü, o qədər də yaxşı hiss etmirəm".