Bayram günlərinin hava proqnozu açıqlandı

25 Dekabr 2013 15:20 (UTC+04:00)

Yeni il bayramında gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya açıqlamasında bildirib ki, ilkin məlumata əsasən, dekabrın 31-də və yanvarın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək: "Bayram günlərində mülayim hava şəraiti müşahidə olunacaq. Ölkənin temperatur rejimində ciddi dəyişiklik gözlənilmir".