Yeniyetmə güləşçilərimiz ilin son turnirində 1 qızıl və 3 bürünc medal qazanıblar

25 Dekabr 2013 13:16 (UTC+04:00)

Şimali Osetiyanın Vladiqafqaz şəhərində yeniyetmə güləşçilər arasında "Rusiyanın Gəncliyi" adlı açıq respublika turniri və Dağıstan Respublikasının Mahaçqala şəhərində keçirilən beynəlxalq turnir başa çatıb. Siasport.az saytının məlumatına görə, hər iki turnirdə iştirak edən sərbəst güləşçilərimiz ümumilikdə 1 qızıl və 3 bürünc medal qazanıblar.

Vladiqafqazda keçirilən turnirdə məşqçi Vahid Məmmədovun rəhbərliyi altında Ruslan Aslanov (69 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb və bürünc medala sahib olub.

Digər medalları isə, yığma komandanın üzvləri Mahaçqalada keçirilən beynəlxalq turnirdə əldə ediblər. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə yollanan güləşçilərimizdən Teymur Məmmədov (63 kq) qızıl, Əliabbas Rzazadə (46 kq), Hacımurad Məhəmmədsəidov (76 kq) və Məhəmmədrəsul Qazıməhəmmədov (85 kq) bürünc medal qazanıb.