“Rəmişin puluna görə yanındayam”

24 Dekabr 2013 16:10 (UTC+04:00)

Əməkdar artist, gitara ustası Rəmişin həyat yoldaşı Gülü xanım onları ayırmaq istəyən insanlardan söz açıb. Bu haqda SİA-ya açıqlama verən Gülü xanım bunları deyib: "Zamanında Rəmişin səhhəti çox ağır idi. Bir az böyük qardaşı can yandırırdı. Ancaq qardaşı da onunla o qədər maraqlanmırdı. Daha sonra biz qovuşandan sonra Rəmiş sağaldı və toylara getdi. Bir sözlə imkanı qaydasına düşdü. Həmin ərəfədə bizi ayırmaq istədilər. Hətta söylədilər ki, Rəmişin puluna görə yanındayam. Amma indi şahid olsunlar ki, Rəmişin dostu da, həyat yoldaşı da mənəm. Əgər Rəmişin maddi durumuna görə yanında olsaydım pullarını yığıb, çoxdan aradan çıxmışdım".