Tahir Süleymanov və Gündüz Abbaszadə hakimləri təhqir etdiklərinə görə cəzalandılar

24 Dekabr 2013 13:18 (UTC+04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

20 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XVIII turunun "Qəbələ" – "Bakı" matçında "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Matçın 90+2-ci dəqiqəsində "Bakı" klubunun 43 №-li futbolçusu Şəhriyar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur(maddə 48).

20 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XVIII turunun "Rəvan" – "Simurq" oyunun 59-cu dəqiqəsində "Rəvan" klubunun 40 №-li futbolçusu Mişel Balokoq kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

20 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XVIII turunun AZAL – "Neftçi" matçında AZAL klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Matçın 80-ci dəqiqəsində "Neftçi" klubunun 22 №-li futbolçusu Mahir Şükürov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 83-cü dəqiqəsində "Neftçi" klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

Oyunun 83-cü dəqiqəsində "Neftçi" klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).

Oyun başa çatdıqdan sonra "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).

19 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun "Xəzər Lənkəran" – "Sumqayıt" matçında "Xəzər Lənkəran" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

19 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun "Qəbələ" – "Bakı" matçının 90+1-ci dəqiqəsində "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 62).

19 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun "Rəvan" – "Simurq" matçının 78-ci dəqiqəsində "Rəvan" klubunun 11 №-li futbolçusu Kamil Nurəhmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.3).

21 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XV turunun "Göyəzən" – "Neftçala" matçının 65-ci dəqiqəsində "Neftçala" klubunun 12 №-li futbolçusu Novruz Rəhimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

22 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XV turunun "Karvan" – "Ağsu" matçında "Karvan" klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

22 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XV turunun "Araz Naxçıvan" – "Qaradağ Lökbatan" matçında "Qaradağ Lökbatan" klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

18 dekabr 2013-cü il U-19 Liqasının "Neftçi" – "Xəzər Lənkəran" matçının 81-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 17 №-li futbolçusu Zaur Nuruzadə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

Oyunun 83-cü dəqiqəsində "Neftçi" klubunun 28 №-li futbolçusu Etibar Süleymanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

16 dekabr 2013-cü il U-17 Liqasının "Qarabağ" - "Turan-T" matçında "Turan-T" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

23 dekabr 2013-cü il U-17 Liqasının "Turan-T" - AZAL matçında AZAL klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

17 dekabr 2013-cü il U-15 Liqasının "MKT Araz" – AZAL matçının 46-cı dəqiqəsində AZAL klubunun 15 №-li futbolçusu İslam Bağırzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

17 dekabr 2013-cü il U-15 Liqasının "İnter" – "Qarabağ" matçının 62-ci dəqiqəsində "Qarabağ" klubunun baş məşqçisi Elvin Həsənov texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).

17 dekabr 2013-cü il U-15 Liqasının "Vətən" – "Turan-T" matçının 67-ci dəqiqəsində "Turan-T" klubunun 11 №-li futbolçusu Musa Zeynalov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır(maddə 48).

10 dekabr 2013-cü il U-15 Liqasının "Xəzər Lənkəran" – "Neft Qaz" matçında "Neft Qaz" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

17 dekabr 2013-cü il U-15 Liqasının "Şirvan" – "Neftçi" matçının 70-ci dəqiqəsində "Şirvan" klubunun 13 №-li futbolçusu Orxan Rəhimli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

15 dekabr 2013-cü il U-14 Liqasının "Vətən" – "Neftçi" matçının 19-cu dəqiqəsində "Vətən" klubunun 4 №-li futbolçusu İsrafil Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

15 dekabr 2013-cü il U-14 Liqasının AZAL – "Neftçi"İSM matçının 41-ci dəqiqəsində "Neftçi"İSM klubunun 19 №-li futbolçusu Fariz Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 44-cü dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Xəzər Qüdrətli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

15 dekabr 2013-cü il Atena U-12 Liqasının "İnter" - "Todo" matçında "Todo" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

22 dekabr 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin İOEUGİM (Sumqayıt) – "Göyqurşağı" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

21 dekabr 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin "Gənclərbirliyi Azinlife" – "Gənclərbirliyi" matçının 60-cı dəqiqəsində "Gənclərbirliyi Azinlife" klubunun 6 №-li futbolçusu Elməddin Soltanzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

15 dekabr 2013-cü il Futzal üzrə Azərbaycan birinciliyinin "Khazar İslands" – "Neftçi-2" matçının 21-ci dəqiqəsində "Khazar İslands" klubunun 14 №-li futbolçusu Vüsal Nəsirov rəqibi təhqir etdiyinı görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

22 dekabr 2013-cü il Futzal üzrə Azərbaycan birinciliyinin "Xudəfərin" – "Çingiz" matçının 48-ci dəqiqəsində "Xudafərin" klubunun 5 №-li futbolçusu Erkin Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

22 dekabr 2013-cü il Futzal üzrə Azərbaycan birinciliyinin "Akkord" – "Baku Fire" matçının 46-cı dəqiqəsində "Akkord" klubunun baş məşqçisi Elnur Qəmbərov hakimlərə fiziki təsir göstərdiyinə görə 20 oyunluq cəzalanır (maddə 38.8).

Oyun bitdikdən sonra "Akkord" klubunun 4 №-li futbolçusu Abuzər İbrahimov hakimlərə fiziki təsir göstərdiyinə görə futbolçu 10 oyunluq cəzalanır (maddə 38.6).

23 dekabr 2013-cü il Həvəskarlar arasında futzal üzrə Azərbaycan birinciliyinin "Zirvə" – "Sədərək" matçı başa çatdıqdan sonra "Sədərək" klubunun 4 №-li futbolçusu Elxan Abbasov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanır (maddə 42.3).