Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri başlayıb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Zakir Həsənov Anıtqəbiri ziyarət etdikdən sonra Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəllə görüşəcək.
Müdafiə naziri bu gün həmçinin, Türkiyə prezidenti Abdulla Gül tərəfindən qəbul olunacaq. İki günlük səfər çərçivəsində Türkiyənin müxtəlif hərbi qurumlarında görüşlər keçirəcək.