Atıcı silahın əfsanəvi konstruktoru Mixail Kalaşnikov 94 yaşında dünyasını dəyişib.
"Kalaşnikov" silahının yaradıcısı noyabrın 17-dən Udmurtiyanın Respublika Klinik-Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində olub.
Udmurtiya Prezidentinin mətbuat katibi Viktor Çulkov "facebook" səhifəsində yazıb ki, uzun müddət davam ağır xəstəlikdən sonra Mixail Timofeyeviç Kalaşnikov vəfat edib.