Aktyoru nələr qane etmədi?

23 Dekabr 2013 17:38 (UTC+04:00)

Hər zaman ən baxılan seriallarda çəkilən aktyor Anar Heybətovu bu il çəkiliş meydanlçalarında görə bilmədik. Anar Heybətov bu haqda SİA-ya açıqlama verərək bəzi seriallardan özü imtina etdiyini bildirib: "Mənə yenə də seriallarda rol almaq təklifi gəlmişdi. Həmin seriallar hazırda ATV və Xəzər televiziyasında yayımlanır. Ancaq onların adlarını çəkməyim düzgün olmazdı. Bu il seriallarda iştirak etməməyimin səbəbi isə birində mənə verilən rolu, digərində isə qonorar baxımdan sözümüz üst-üstə düşmədi. Həm də hazırda başım teatr tamaşalarına qarışıb. İnşallah hər cəhətdən razılığa gələ bilsək, yenidən tamaşaçıların evlərinin qonağı olacam".

Qeyd edək ki, Anar Heybətovun sonuncu çəkildiyi Azərbaycanda kifayət qədər məşhur olan "Pərvanələrin rəqsi" serialında "Kamran" obrazı olub.