““Milli Şura” özünü məğlubiyyət orqanı kimi təqdim etməyə başlayıb” MÜSAHİBƏ

23 Dekabr 2013 16:32 (UTC+04:00)

Vəhdət Partiyasının sədri Tahir Kərimlinin SİA-ya müsahibəsi

- "Milli Şura" mərkəzi aparatının formalaşması qalmaqalla nəticələnib. Maraqlı məqam ondan ibarətdir ki, orada bir nəfər də olsun siyasətçi təmsil olunmayıb. Sizcə, bu nəyə işarədir?

- "Milli Şura" yaranandan bilirdik ki, orada 3 dəstə var. Əsas 3 dəstə Müsavat, AXCP və Ziyalılar Birliyindən ibarət idi. Cari ildə ölkəmizdə keçirilən seçkilərdə həlledici məğlubiyyətdən sonra "Milli Şura" elə bir vəziyyətə düşdü ki, gizli saxladıqları paradoks halları üzə çıxdı. Məsələn, heç bir zaman müxalifət olmayan müxalifət rəhbəri seçildi. Belə olan halda Müsavat bu proseslərə qarşı çıxaraq "Milli Şura"nın daxilində fəaliyyətini zəiflətməyə başladı. Daha sonra AXCP ilə Müsavat arasında gərginlik yarandı və bu gərginlik digərlərinə də siraət etdi. Hazırda "Milli Şura" özünü məğlubiyyət orqanı kimi təqdim etməyə başlayıb.

Biz Milli Şura yaranandan deyirdik ki, onlar özlərinə gurultulu ad götürsələr də faəliyyətləri ilə adaları uyğunluq təşkil etmir. "Milli Şura" heç də 1918-ci illərdəki "Milli Şura"nın analoqu deyil. Xüsusilə də şura seçkidən sonrakı məğlubiyyətini kiminsə üzərinə qoymağa çalışsa da heç kim ona şərik olmaq istəmədi. Təbii ki, AXCP və Müsavat Cəmil Həsənlini dəstəkləmir. Ona görə də Cəmil Həsənli öz aparatını klassik siyasətçilərdən deyil, siyasi fəaliyyəti olmayan şəxslərdən formalaşdırmağa məcbur oldu. Burdan belə çıxır ki, AXCP və Müsavat Cəmil Həsənlini ortada qoyaraq onun etdiklərinə şərik çıxmır.

Artıq "Milli Şura" ideologiya cəhətdən sabit olmayan bir təşkilata çevrilib və müxalifət partiyalarının qalığı kimi fəaliyyət göstərməyə başlayıb.

Hamı bilir ki, bu qurum forsmajor formasında qalıb. Hazırda "Milli Şura"nın müxalifət üçün hansı funksiya daşıdığı belə aydın deyil və o siyasi ampuladan sıfıra yaxınlaşır.

- Necə düşünürsünüz AXCP Müsavat qarşıdruması Cəmil Həsənlini sədr kimi fəaliyyətini nə dərəcədə əngəlləyəcək?

- Təbii ki, AXCP Müsavat qarşıdurması Cəmil Həsənlinin fəaliyyətinə bir başa əngəldir. Sonuncu mitinqdə o qədər az insan var idi ki, hətta onlar öz bayraqları ilə çıxmağa belə utandılar. Orada AXCP və Müsavatın bayraqları görünmürdü. Çünki onlar zəif mitinqin məsuliyyətini bölüşmək istəmirdilər. Demək olar ki, Cəmil Həsənli meydanda tək qalıb. "Milli Şura" yarananda böyük ambisialarla çıxşı edirdilər. Belə olan halda sual olunur. Əgər Müsavat şuraya yardımçı deyilsə Cəmil Həsənli hansı qüvvə ilə fəaliyyət göstərəcək? Artıq Cəmil Həsənli özü də bunu dərk edir və onun çıxışlarında müəyyən məyusluq da var.

- Müsavat "Milli Şura"dan gedəcəyini bildirir. İsa Qənbər bu cür addımlarla nə demək istəyir?

- "Milli Şura" formalaşanda Rüstəm İbrahimbəyov, Eldar Namazov kimi ideologiyaya, siyasətə aid olmayan şəxslərin rəhbər seçilməsi Müsavatın etirazına səbəb oldu. Müsavat indi iki yol ayrıcında qalıb. O düşünür ki, əgər "Milli Şura"dan çıxsa, o zaman başqa qüvvələr cəmləşə və Müsavatdan daha qüvvətli ola bilər. Digər tərəfdən də Müsavat milli idelogiyanın daşıyıcısı olmayan bir qurumun məsuliyyətini öz üzərinə götürmək istəmir. Adama deyərlər ki, əvvəldən bilirdin ki, qurumun başçısı Rüstəm İbrahimbəyovdur və o kimdir. Məğlubiyyətə qədər "Milli Şura"nın arxasınca gəldiniz indi görürsünüz ki, hər şey əldən gedir məsuliyyətdən qaçırsınız? İsa Qənbərin Şuradan çıxması kimi bəyanatları da məsuliyyətdən qaçmağa yönəlib.