İspaniyanın 2 naziri gənclər təşkilatının tədbirinə gəlir

23 Dekabr 2013 15:54 (UTC+04:00)

Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Tələbələr Birliyinin birgə əməkdaşlığı çərçivəsində, Avropa Komissiyasının "Gənclər Fəaliyyətdə" proqramının maliyyə dəstəyi ilə 4-9 yanvar 2014-cü il tarixində Bakı şəhərində "Youth unemployment a challenge for the European associativism" adlı beynəlxalq tanışlıq səfəri təşkil ediləcək. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi gənclərin işsizlik problemlərinin həllində ictimai təşkilatların və dövlət orqanlarının birgə iştirakı sahəsində yerli təcrübəni öyrətməkdir.

Bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədi ilə tanışlıq səfərinə İspaniya, Fransa, İtaliya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Portuqaliya Gürcüstan, Ukrayna, Moldova və Belarusiyanı təmsil edən rəsmi qonaqlar dəvət olunub.

Qeyd edək ki, ölkəmizdə səfərə gələn nümayəndə heyətinə İspaniyanın Galicia regionun Gənclər və Könüllülük naziri Ovidio Rodeiro Tato, həmçinin Əmək və Sosial İşlər naziri Beatriz Mato Otero da daxildir.