“Yeni İstedad” layihəsinə start verilir

23 Dekabr 2013 13:31 (UTC+04:00)

"Osmanlı Film", "Azərbaycanfilm", "Azad Azərbaycan" Müstəqil Teleradio Şirkəti, "İRƏLİ" İctimai Birliyi, 19 qrup, 28 Cinema və "İlkmedia"nın birgə təşkilatçılığı ilə "Yeni İstedad" layihəsinə start verilir. Bu barədə "İRƏLİ" İctimai Birliyinin layihənin təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda layihə rəhbəri Kəmalə Quliyeva, Azər Abdullayev, İsmayıl İsmayılov, media nümayəndələri və başqaları iştirak ediblər.

Konfransda layihənin gedişatı və qaydaları haqqında ətraflı məlumat verilib.

Layihənin məqsədi istedadlı və bacarıqlı insanların üzə çıxarılması, film və teatr səhnələrinə yeni istedadların cəlb olunmasını təmin etməkdən ibarətdir.

Nəzərinizə çatdıraq ki, layihəyə 7 yaşından 77 yaşa qədər özünə güvənən hər kəs qatıla bilər. Yeni istedadların seçimləri bir neçə mərhələdən ibarət olacaq. Seçilənlər peşəkar aktyorlar tərəfindən master-klasslar alacaqlar.

Qeyd edək ki, istedadı olan hər kəs layihəyə 15 yanvar 2014-cü ilə qədər qatıla bilər.