Yaxın 2-3 gün ərzində ölkənin hava şəraiti haqqında MƏLUMAT

23 Dekabr 2013 12:59 (UTC+04:00)

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb axşam mülayim şərq küləyi ilə əvəz olunacaq". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova SİA-ya açıqlamasında deyib ki, dekabrın 24-də havanın temperaturunun gecə 1-4, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir: "Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir".

Yaxın 2-3 gün ərzində ölkənin hava şəraitində mühüm dəyişikliklər gözlənilmir.