Nazir: "6 ayda 10 milyon dollar gəlir olub"

23 Dekabr 2013 12:30 (UTC+04:00)

"Bu ilin 6 ayı ərzində "Azərspace-1" peykinin ixrac potensialından gəlirləri 10 milyon dollar olub". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, "Azərspace-1" peykinin ixrac potensialından gəlirləri artan xətlə inkişaf edir.

Ə.Abbasov deyib ki, Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri "Azərspace-1" peykinin imkanlarında maraqlıdır.