Əli Abbasov: "Yaxın vaxtlarda internet xidmətlərinin qiymətləri aşağı düşəcək"

23 Dekabr 2013 12:22 (UTC+04:00)

"Azərbaycanda yaxın vaxtlarda internet xidmətlərinin qiymətləri aşağı düşəcək. Biz bu xidmətlərin qiymətlərinin aşağı salınması üçün planlar hazırlamışıq, yəqin ki, yaxın vaxtlarda bu barədə ictimaiyyətə açıqlama veriləcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazir deyib ki, Azərbaycanda internet xidmətlərinin qiymətlərinin ucuzlaşdırılması mütəmadi olaraq həyata keçirilsə də, adətən bu xidmətin bazarda qiymətləri dövlət tərəfindən tənzimlənmir: "Lakin bu qiymətlərin formalaşmasında dövlətin də xidmətləri mövcuddur. Hesab edirəm ki, böyük provayderlər ordusu bundan istifadə edəcək, internetin qiymətini aşağı salacaqlar".