Miladi: 23 dekabr 2013
Hicri: 19 Səfər 1435
İlin 357-cü günü
İlin sonuna 08 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 06:44
Günəş – 08:00
Zöhr – 12:43
Əsr – 15:22
Məğrib – 17:34
İşa – 18:56
1777 - Rusİya çarı I Aleksandr anadan olub.
1834 — İngilis iqtisadçısı Tomas Robert Maltus vəfat edib.
1876 — Osmanlı sultanı Əbdülhəmid "I Məşrutiyyət"i elan edib.
1888 — Mərcdə uduzan rəssam Van Qoq öz qulağını kəsib.
1900 — Kanadalı Rejinald Obri səsin ilk dəfə olaraq 1 kilometr məsafəyə simsiz ötürülməsinə nail olub.
1904 — Vilnüsdə litva dilində ilk qəzet çap olunub.
1913 — ABŞ Federal Ehtiyatlar Sistemi yaradılıb.
1920 — Fransa və Böyük Britaniya "Suriya və Fələstin sərhədlərini müəyyən edən Konvensiya"nı ratifikasiya edib.
1930 — Türkiyə və Yunanıstan arasında ərazi mübadiləsi həyata keçirilib.
1933 — Almaniyada Reyxstaq yandırılıb və bu böyük bir siyasi prosesin başlanğıcı olub.
1947 — İlk tranzistor təqdim edilib.
1947 — SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 754 saylı qərar qəbul edib.
1953 — Hərbi məhkəmənin qərarı ilə uzun müddət SSRİ xüsusi xidmət orqanlarının rəhbəri olmuş Lavrenti Beriya güllələnib.
1975 — ABŞ Konqresi metrik ölçü sistemini rəsmiləşdirsə də, bu sistem ölkədə heç zaman istifadə olunmayıb.
1979 — SSRİ ordu hissələri Əfqanıstana daxil olub.
1986 — Sovet dissidenti Andrey Saxarova Qorki şəhərindən siyasi sürgündən Moskvaya qayıdıb.
1989 — Azərbaycan Xalq Cəbhəsi Naxçıvan MSSR sərhəd dəstəsi komandirinə ultimatum verərək dekabrın 31-dək sərhəddən adamların müəyyən qayda ilə keçərək qohum əqrəbası ilə əlaqə saxlamasına imkan yaratmağı tələb edib. Ultimatum yerinə yetirilməyib.
1990 — Sloveniya müstəqillik əldə edib.
1991 — İsveçrə Azərbaycanın müstəqilliyini tanıyıb.
1994 — Qaqauz türklərinə Moldovanın tərkibində muxtariyyat verilib.
1995 — Hindistanda bir mərasim zamanı baş verən yanğında 540 nəfər həlak olub.
1999 — Fil Dişi Sahilində hərbi çevriliş baş verib.
2004 — İordaniyada 28 ildən sonra ilk dəfə bələdiyyə seçkiləri keçirilib.