İran Silahlı Qüvvələri hərbi təlimlər keçirir

22 Dekabr 2013 05:22 (UTC+04:00)

İran Silahlı Qüvvələri "Vilayət səması fədailəri-4" adlı hərbi təlimlərə başlayıb.

Rəsmi məlumata görə, təlimlərdə "Saika" döyüş təyyarələri, müxtəlif məsafələri qət edən raketlər, İran hərbi sənayesini istehsalı olan müxtəlif döyüş texnikası və avadanlıqlar sınaqdan çıxarılıb.

Təlimlər davam edir.