“Traviata”

21 Dekabr 2013 12:33 (UTC+04:00)

Görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operası nümayiş olunacaq. SİA-nın məlumatına görə, sözügedən opera sonuncu dəfə 1997-ci ildə xalq artisti, professor Cənnət Səlimovanın quruluşunda oynanılıb. Opera həvəskarları fevralın 14-də həmin quruluşda yenidən "Traviata"ya tamaşa etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, "Traviata" operası dekabrın 22-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində baş tutacaq. Biletlərin qiyməti isə 22-33 manat arasında dəyişir.