Elman Nəsirli: “Ermənilər arzularına çata bilmədi”

21 Dekabr 2013 10:30 (UTC+04:00)

"ABŞ 2014-cü maliyyə ilində Ermənistana ayırdığı maliyyə yardımını 38% azaltmaqda qərarlıdır". Bu sözləri SİA-ya açıqlamasnda politoloq Elman Nəsirli deyib.

Onun sözlərinə görə, 2013-cü ildə ABŞ Ermənistana 40 milyon dollar ayırmışdısa, gələn ilki layihədə bu göstəricinin 24 milyon olacağı əks olunub: "ABŞ Ermənistanı "Minilliyin çağırışları" proqramından çıxarmaqla ona bu istiqamət üzrə verəcəyi maliyyə dəstəyini kəsib. Ermənistana ABŞ heç vaxt bu qədər az maliyyə dəstəyi verməyib. Ermənilər bunun səbəbini ölkələrinin Rusiyanın dəstəklədiyi Gömrük İttifaqında iştirak etməklə bağlı qərar qəbul etməsində və Barak Obamanın anti-lobbiçilərlə əhatə olunmasında görürlər. Yeri gəlmişkən, əlahiddə olaraq qondarma "Dağlıq Qarabağ Respublikası"na 2 milyon dollar yardımın ayrılması ilə bağlı bənd də layihədə əksini tapıb. Konqresdəki erməni qrupu həmin məbləğin 5 milyon dollar olmasına cəhd göstərsələr də, məqsədlərinə çata bilməyiblər".

Ülkər MUSAZADƏ