Özcan Dəniz Naxçıvana gedəcək

20 Dekabr 2013 13:01 (UTC+04:00)

Özünü Azərbaycanda ev sahibi kimi hiss edən qardaş ölkənin sənətçisi Özcan Dəniz Naxçıvana yollanacaq. SİA-nın verdiyi xəbərə görə, o, Bakıda premyerasını keçirdiyi "Su və Atəş" filmini orada da nümayiş etdirəcək. Sevilən müğənni-aktyor 1 həftədən sonra Naxçıvan sakinləri ilə görüşəcək.

Qeyd edək ki, bir neçə günlük paytaxtımıza təşrif buyuran Özcan Dəniz artıq Bakıdan özünə ev də alıb.