Əsəd rejimi havadan və qurudan hücum etdi: 108 ölü

20 Dekabr 2013 11:24 (UTC+04:00)

Suriyada rejim güclərinin müxaliflərin nəzarətində olan bölgələrə qurudan və havadan təşkil etdiyi hücum nəticəsində 108 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, həlak olanlardan 23-ü uşaq, 17-si isə qadındır.

Suriya İnsan Haqları Təşkilatı (SNHR) məsələ ilə bağlı açıqlama verib. Açıqlamada paytaxt Dəməşq ətrafında 29, Hələbdə 35, Humusda 16, Derada 15, İdlibdə 5, Deyruz Zorda 4 nəfərin həlak olduğu deyilir.

Suriya Ümumi İnqilab Şurasından (LCC) verilən şərhdə isə rejim güclərinin başda Hələb olmaqla, şimalda yerləşən bir çox şəhərə "Barel bombası" ilə hücum edildiyi ifadə edilib.