Gürcüstan Rusiya qarşısında şərtlərini irəli sürdü

20 Dekabr 2013 08:47 (UTC+04:00)

Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etmək üçün öz şərtlərini açıqladı. Bu haqda SİA Rusiyanın "Böyük Qafqaz" nəşrinə istinadən xəbər verir.

Şərtlərdə heç bir dəyişiklik olmadığını qeyd edən nəşr bildirib ki, Gürcüstanın xarici işlər nazirliyi Rusiyadan Cənubi Osetiya və Abxaziyanın azad edilməsini və bu ölkələrin taınması kimi iddiasını geri götürməsi şərtlərin əsas hissəsini təşkil edir.

Nəşr onu da bildirir ki, bu şərtlərin reallaşması inandırıcı deyil: "Rusiyanın bu şərtləri qəbul etməsi mümkün deyil. Böyük ehtimalla Gürcüstan və Rusiya arasında diplomatik münasibətləri bərpa etmək haqda çoxdandır ki, danışıqlar aparılır. Lakin nə Gürcüstan, nə də Rusiya hələ ki, kompromisə getməyə hazırdır".

Ülkər MUSAZADƏ